Modern.az

Bakı metrosunda problem: Qatar tuneldə qaldı

Bakı metrosunda problem: Qatar tuneldə qaldı

Təhsil

23 Noyabr 2015, 09:26

Bu səhər Bakı metrosunda problem yaranıb. Modern.az saytı xəbər verir ki, sərnişinlər  “Ulduz” və "Nəriman Nərimanov" stansiyaları arasındakı tuneldə qalıblar.

Metronun “Həzi Aslanov” stansiyasından “İçərişəhər” stansiyasına gedən qatarların hərəkətində problem yaranıb. Modern.az-ın hadisə yerində olan müxbirinin sözlərinə görə, qatar “Ulduz” və "Nəriman Nərimanov" stansiyaları arasındakı tuneldə qalıb. Sərnişinlər təşvişə düşüb. Hadisədən təsirlənənlər də olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev Modern.az-a bildirib ki, hadisəyə səbəb əvvəlki qatarın stansiyanı gec tərk etməsi olub. O, problemin artıq aradan qalxdığını qeyd edib.

Aytən Zəhra

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi