Modern.az

Metroda yaranan problem aradan qaldırılıb

Metroda yaranan problem aradan qaldırılıb

Təhsil

23 Noyabr 2015, 09:47


Metroda yaranan problem aradan qaldırılıb. “Bakı Metropoliteni” QSC-nın mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında bildirib ki, Həzi Aslanov-Dərnəgül xətti üzrə hərəkət edən 42 saylı marşurutda Nərimanov stansiyasında nasazlıq yaranıb.

“Ona görə arxadan gələn qatarlar yavaş hərəkət edirdi. Hazırda problem aradan qaldırılıb. Yaxın 15-20 dəqiqə ərzində qrafik tam bərpa ediləcək”.  

Qeyd edək ki, sərnişinlər "Ulduz" və "Nəriman Nərimanov" stansiyaları arasındakı tuneldə qalıb.

İnsanlar təşviş içərisində olub və bu hadisədən həyacanlananlar olub.  

Aytən ZƏHRA    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi