Son günlər MTN işi ilə əlaqədar həbs edilən, işdən çıxarılan yüksək rütbəli məmurların dəbdəbəli villalarının sonrakı taleyi məsələsi cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Həmin qanunsuz villaların taleyilə bağlı müxtəlif fikirlər səslənir.
MDHP Sədri, Millət vəkili Fərəc Quliyev Modern.az-a açıqlamasında bu tip villaların sökülməsinin tərəfdarı olmadığını deyib.
“Prezident tərəfindən aparılan ciddi mübarizəni dəstəkləyir və hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə real addımların atılması cəmiyyət tərəfindən müsbət qarşılanır. Hər kəs də prezidentə bu məsələdə dəstək olmalıdır. İkinci bir tərəfdən, villalar və başqa formada olan əmlakların qeyri-qanuni yolla əldə olunan qazancla ərsəyə gətirildiyi müəyyənləşərsə, təbii onlar artıq dövlət mülkiyyətinə keçirilməlidir.
Modern.az