Türkiyə Böyük Millət Məclisindəki (TBMM) andiçmə mərasiminin ardından hökumət qurma vəzifəsini alan baş nazir Əhməd Davutoğlunun bu gün hökumətin yeni tərkibi ilə bağlı açıqlama verəcəyi gözlənilir. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, yeni kabinetdə, əvvəlki nazirlərlə yanaşı yeni simalar da təmsil olunacaqlar. Bundan əlavə yeni hökumətin tərkibində iki qadının da iştirak edəcəyi söylənilir.
Kabinetin tərkibi ilə bağlı ən çox maraq doğuran sual iqtisadiyyat nazirinin kim olacağıdır. İndi dörd olan baş nazir köməkçilərinin sayının beş olacağı iddia edilərkən Yalçın Akdoğan, Numan Kurtuluş və Tuğrul Türkeşin vəzifələrinə davam etməsi gözlənilir. İqtisadiyyatdan məsul baş nazir köməkçiliyi üçün Nihat Zeybekci və Ali Babacanın adları keçməsinə qarşı dəhlizlərdə sürpriz bir ad olacağı haqda da danışılır.
Babacanın Xarici İşlər Nazirliyinə gətirilməsinin gündəmdə olduğu da danışılır. Yaradılacaq islahatlara məsul baş nazir köməkçiliyinə isə Lütfü Elvanın gətirilə biləcəyi iddia edilir.
Davutoğlunun yeni kabinet formalaşdırarkən keçmiş nazirlərlə bağlı tarazlığı da qoruyacağı bildirilir. Bekir Bozdağı ədliyyə naziri gətirməsi gözlənilən Davutoğlunun eyni eldən iki nazirə yer verməyəcəyi yazılır.
Bursadan Efkan Alanın kabinetə girməsi vəziyyətində Mehmet Müüezzinoğlunun Səhiyyə Nazirliyini Receb Akdağa buraxa biləcəyi də danışılır. Cevdet Yılmazın İqtisadi İnkişaf Nazirliyinə, Faruk Çelikin İş və İctimai Təhlükəsizlik Nazirliyinə, Taner Yıldızın Enerji və Təbii Qaynaqlar Nazirliyinə, Mehdi Ekerin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyinə, Fikri İşıkın Elm, Sənaye və Texnologiya Nazirliyinə, Nabi Avçının Milli Təhsil Nazirliyinə, Akif Çağatay Kılıçın Gənclik və İdman Nazirliyinə, Veysel Eroğlunun Meşə və Su İşləri Nazirliyinə gətirilməsi gözlənilir.
Binalı Yıldırımın yenidən Nəqliyyat Nazirliyinə gətirilə biləcəyi yazılır. Prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrakın da kabinetə girə biləcəyi istisna edilmir. Ətraf və Şəhərsalma Nazirliyi üçün isə Hayati Yazıçı və Erol Qayanın adları çəkilir.
Kabinetə girəcək qadınlar arasında isə Öznur Çalık ilə Ayşə Keşirin daha çox şanslı olduqları bildirilir.
Modern.az