Modern.az

“Azəriqaz” qazdan istifadəyə dair qanunsuzluqların STATİSTİKASInı yaydı

“Azəriqaz” qazdan istifadəyə dair qanunsuzluqların STATİSTİKASInı yaydı

Təhsil

23 Noyabr 2015, 13:13

“Azəriqaz” İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Birlikdən Modern.az-a verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, cari ilin yanvar-oktyabr aylarında təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı ölkə üzrə 2165 əhali, 37 qeyri-əhali abonentinin qaz təsərrüfatına dair “qüsur aktı” tərtib olunub. Tərtib olunmuş müvafiq aktlar əsasında itirilmiş təbii qaza görə dəymiş ziyan 555 466 manat dəyərində hesablanıb.

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına və dəymiş ziyanın ödənilməsinə yönəlmiş tədbirlər mütəmadi olaraq davam etdirilir.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi