Modern.az

Bakıda 18 metrlik avtobus sınaqdan keçirildi

Bakıda 18 metrlik avtobus sınaqdan keçirildi

23 Noyabr 2015, 14:27


“BakuBus”ın 18 metrlik iri tutumlu sərnişin avtobusu test edilmək üçün xəttə buraxılıb. Bu barədə Modern.az-a açıqlama verən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bu avtobusların daimi istifadəsi hələlik nəzərdə tutulmur:

“Xətlərimizdə bu iritutumlu avtobusların xidmət göstərəcəyi ilə bağlı planda elə bir yenilik gözlənilmir. “Iveco Urbanway” markalı avtobus bu gün ilk dəfə olaraq Bakı küçələrində sınaq müddəti çərçivəsində hərəkət edir. Avtobus 1 saylı marşrut xətti istiqamətində xidmət göstərir”.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI