Modern.az

Bakıda Türkiyə vətəndaşını soyan keçmiş məhkum tutulub

Bakıda Türkiyə vətəndaşını soyan keçmiş məhkum tutulub

23 Noyabr 2015, 14:29

Noyabrın 22-də Binəqədi rayonu ərazisindəki kafelərdən birində naməlum şəxs Türkiyə vətəndaşı Nail Akdoğanı bıçaqla hədələyib 60 manat pulunu, mobil telefonunu, qızıl saatını və qızıl üzüyünü alıb. Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Rəhimov tutulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi