2013-cü ilin iyulun 22-də jurnalistlərə verilən mənzillər nəhayət özəlləşdirilir. Modern.az saytının xəbərinə görə, bu haqda bina sakinlərindən biri - jurnalist Rey Kərimoğlu məlumat verib. O qeyd edib ki, noyabrın 26 və 27-də “ASAN xidmət”in səyyar xidmət avtomabili bu məqsədlə binaya gələcək.
“Əziz qonşulara, jurnalistlərin binasının sakinlərinə şad xəbər var! Mənzillərimiz özəlləşidirlir! Bu həftənin 4-5-ci günü “ASAN xidmət”in səyyar xidmət avtomobili bu məqsədlə binamıza gələcək! Amma 4-5-ci günə qədər "Jurnalist evi" MMC-yə xidmət haqqı borcu olanlar borclarını ödəməlidirlər!”.
Qeyd edək ki, 2013-cü ildə istifadəyə verilən 16 mərtəbə 156 mənzilli binada müxtəlif KİV-lərdə çalışan jurnalistlər yaşayırlar.
Modern.az