Prezident İlham Əliyevin bölgələrin inkişafına dair qəbul etdiyi dövlət proqramına uyğun olaraq, Bərdənin daha 3 kəndinə mavi yanacaq verilib. Hətta sovet hakimiyyəti illərində qazla təmin olunmamış ərazi vahidləri də həmin plandan kənarda qalmayıb.
Rayonun mühüm yaşayış məntəqələrindən olan 1-ci və 2-ci Qaradəmirçi kəndinə,həmçinin Xanağalıya qazın verilməsi üçün rəsmi mərasim keçrilib.”Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əkbər Haciyev başda olmaqla həmin qurumun bir çox rəhbər şəxsləri,o cümlədən,rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayev və millət vəkili Zahid Oruc iştirak ediblər.Tədbirdə dövlət rəhbərimizin Qarabağın siyasi və hərbi istehkam kimi möhkəmləndirmək üçün həyata keçirdiyi mühüm işlərdən,paytaxtla bölgələr arasında uzun on illər boyu hökm sürən inkişaf fərqlərin aradan qaldırılmasından və infrasruktur layihələrinin əhəmiyyətindən söhbət açıblar. Eyni zamanda, dövlətizin rəhbəri tərəfindən verilən son sərəncam və qərarların,sahibkarların fəaliyyəti və qanunçuluğun qorunması ilə əlaqədar atılan addımlardan geniş bəhs olunub.
Tədbirdə çıxış edən hörmətli Əkbər Haciyev ötən illər ərzində ölkə miqyasında qazlaşmanın həyata keçirilməsi zamanı sərhəd bölgələrinə və köçkünlərin daha çox məskunlaşdığı ərazilərə xüsusi diqqətlə yanaşlıdığını,bundan sonra da dövlətimizin bu kursu davam etdirəcəyini iştirakçıların diqqətinə çatdırdı.Hamının razılığına və xeyir-duasına rəğmən rəmzi məşəl yandırıldı,ölkəmizin gələcəyinə inam və etibarı gücləndirən işlərin daha çox görülməsi diləndi. Bütövlükdə 798 ailənin, 900-dən artıq təsərrüfatın həyatında mühüm hadisə olan mavi yanacaqla təminata görə hər bir kənd sakini Azərbaycan xalqının liderindən yüksək razılıq ifadə edərək,Bərdəyə göstəriən qayğının bundan sonra da davam etdirələciyinə ümidvar olduqlarını bildiriblər.
Qeyd edək ki,rayonun qazlaşması başa çatmaq üzrədir və bu prezidentimizin yeni Azərbaycan quruculuğunun bariz nümunəsidir.
Modern.az