Modern.az

Yazıçılar Birliyinə yeni neçə nəfər üzv qəbul edilib - AÇIQLAMA

Yazıçılar Birliyinə yeni neçə nəfər üzv qəbul edilib - AÇIQLAMA

Təhsil

23 Noyabr 2015, 16:19


Bir neçə gün bundan əvvəl Azərbaycan Yazıçılar Birliyinin (AYB) qəbul komissiyasının iclasında quruma yeni üzvlər qəbul edilib. Lakin AYB-yə nə qədər yeni üzvün qəbul edildiyi hələ də dəqiq bilinmir.

AYB-in birinci katibi, xalq şairi Fikrət Qocanın Modern.az saytına verdiyi açıqlamaya görə, yeni üzvlərin sayı və tərkibi hələ ki dəqiqləşməyib:

“Qəbul komissiyası iclasın hesabatını katibliyə təhvil verəndən sonra yeni üzvlərin sayı müəyyənləşəcək. Katibliyin bu həftə keçiriləcək iclasında hesabat təqdim ediləcək. Katiblik təsdiq etməyənə qədər qəbul komissiyası heç bir söz deyə bilməz”.  

 Elmin NURİ  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi