Modern.az

Bərdədə azyaşlı dəm qazından zəhərlənib

  Bərdədə azyaşlı dəm qazından zəhərlənib

23 Noyabr 2015, 22:44

 

Bərdədə 12 yaşlı qız dəm qazından zəhərlənib. Modern.az saytı Report-a istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb.

Valideynlərin sözlərinə görə, zəhərlənmə 2003-cü il təvəllüdlü Leyla Rəşid qızı Vəliyeva hamamda olarkən baş verib. Uşağın vanna otağından gec çıxdığını görən valideynlər hamamın qapısını sındırıblar və huşsuz vəziyyətdə olan Leylanı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə tibbi yardım göstərilib.

Xəstəxanadan verilən məlumata görə, onun həyatını xilas etmək mümkün olub.    

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi