Modern.az

Qənbər Şəmşiroğlu: şair, nasir, publisist” kitabının təqdimatı olub - FOTOLAR

 Qənbər Şəmşiroğlu: şair, nasir, publisist” kitabının təqdimatı olub   - FOTOLAR

23 Noyabr 2015, 23:10

 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İçtimai Birliyində filoloğiya elmləri doktoru Nizami Cəfərovun uzun araşdırma və tədqiqatlarından sonra qələmə aldığı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İçtimai Birliyinin sədri, Respublika Ağsaqqallar Məclisi İdarə Heyətinin və Yazıçılar Birliyinin üzvü, Dədə Şəmşir irsinin davamçısı Qənbər Şəmşiroğlunun həyat və ədəbi yaradıcılığından bəhs edən “Qənbər Şəmşiroğlu: şair, nasir, publisist” kitabının təqdimatı oldu.

Tədbiri giriş sözüylə professor Şirindil Alışanov açaraq ilk növbədə gələn qonaqları salamladı. Sonra Nizami Cəfərovun publisistik yazıçı kimi Azərbaycan ictimaiyyətində tutduğu mühüm yerdən söz açaraq Azərbaycan Respublikasına verdiyi töhfələrdən danışdı və onun Azərbaycan ədəbiyyatına verdiyi son töhfəsini - “Qənbər Şəmşiroğlu: şair, nasir, publisist” adlı kitabı haqqında ətraflı danışdı.

Daha sonra müəllifin özünə söz verərək kitab haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşməyini xahiş etdi.

Tədbirdə xalq şairi Sabir Rüstəmxanlı cıxış edərək Qənbər Şəmşiroğlunun  yaradıcılığının bədii estetik xüsusiyyyətləri, onun bir yazıçı kimi məxsusi dəsti xətti barədə öz fikirlərini bildirdi.

Tədbirdə Azərbaycan ədəbiyyatında öz sözünü demiş bir çox ziyalılarımız – Millət vəkili Jalə Əliyeva, Aqil Abbas, Folklor inistutunun direktoru Muxtar İmanov, Professor Şahlar Əsgərov şair-puplisist Adil Cəmil, Füzuli Ramazanoğlu, Elşad Mirbəşirov, Ələmdar Cabbarlı, və digərləri çıxış edərək kitab haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər.

Daha sonra isə BDU-nun tələbələri Zeynəb və Leyla Qənbər Şəmşiroğlunun şeirlərini səsləndirdilər.

Qeyd etdilər  ki, kitabda şairin doğulub boya çatdığı eldə, obada bir sıra partiya və dövlət vəzifələrində çalışdığı zaman apardığı böyük quruculuq işlərindən, doğma Kəlbəcərdə gördükləri nailiyyətlərdən söz açılıb.

Qənbər Şəmşiroğlu müxtəlif dövlət orqanlarında məsul vəzifələrdə çalışmağına baxmayaraq öz soykökünü unutmayaraq yaradıcılığa, şeirə, nasirə, publisistikaya böyük yer ayırıb. O, öz yazılarında hər zaman doğma el-obasına, yurd-yuvasına, halallığa üstünlük verib. 

O, da vurğulandı ki, Qənbər Şəmşiroğlu ədəbiyyatımızda qazandığı uğurlarında babası Ağdabanlı şair Qurbandan və atası ustad sənətkar Dədə Şəmşirin yaradıçılığının böyük təsir olub.

Tədbirin sonunda isə Qənbər Şəmşiroğlu dövlətimiz tərəfindən yazarlara diqqət və qayğıdan çıxış edərək  onun ədəbi-bədii yaradıcılığına, şəxsiyyətinə, ona dəyər verib bu tədbirə gələn qonaqların hər birinə və kitabın müəllifi Professor Nizami Cəfərova bir daha öz təşəkkürünü bildirdi.

Sonda millət vəkli Nizami Cəfərova  “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İçtimai Birliyinin təşəkkürnamə diplomu təqdim edildi.  


 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi