Modern.az

Sabiq icra nümayəndəsi intihar edib

  Sabiq icra nümayəndəsi intihar edib

24 Noyabr 2015, 00:02

 

Bərdə rayonunda intihar hadisəsi baş verib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gərənə kəndində qeydə alınıb. Kənd ərazisində müvvəqəti məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün Amil Quluyev sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən 56 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.  

Qeyd edək ki, Amil Quluyev əvvəllər Kəlbəcər rayon icra hakimiyyətində kənd icra nümayəndəsi vəzifəsində calışıb. Bir neçə il bundan əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb.  

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi