Modern.az

Avropaya buraxılmayan iranlı qaçqınlar ağızlarını tikdilər

Avropaya buraxılmayan iranlı qaçqınlar ağızlarını tikdilər

24 Noyabr 2015, 10:01



Yunanıstan-Makedoniya sərhədində İrandan olan qaçqınlar Makedoniya hökumətinin bu ölkənin ərazisindən buraxılmamalarına görə ağızlarını tikiblər. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, onlar alınlarına və sinələrinə “Ədalətli azadlıq” sözlərini də yazıblar.

Məlumatda qeyd edilir ki, sərhəddən buraxılmayan Afrika ölkələrindən olan yüzlərlə miqrant da etirazlarda iştirak edib. Makedoniya tərəfi isə yalnız Suriya, İraq və Əfqanıstandakı müharibələrdən əziyyət çəkdiklərini sübut edə biləcək insanların bu ölkə ərazisindən keçməsinə razılıq verilə biləcəyini bəyan edib.

İranla Banqladeş isə belə ölkələrdən deyil və onlar iqtisadi miqrantlar hesab edilirlər.

Modern.az 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi