Modern.az

Prezidentlər 1 dekabrda görüşəcəklər

Prezidentlər 1 dekabrda görüşəcəklər

24 Noyabr 2015, 09:55

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan rəhbəri Serj Sərkisyan arasında növbəti görüş 1 dekabrda Parisdə olacaq.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların növbəti raundunda yeni təkliflər masa üzərinə gətirilməyəcək.  

“Tərəflər atəşkəs rejiminə riayət etmək və danışıqların davamı məsələlərini müzakirə edəcək”,-deyə nəşr qeyd edib.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi