Modern.az

Kredit borcuna görə özünü yandıran kişinin vəziyyəti çox ağırdır – HƏKİM

Kredit borcuna görə özünü yandıran kişinin vəziyyəti çox ağırdır – HƏKİM

24 Noyabr 2015, 11:05


Noyabrın 23-də Naxçıvan sakini Malik Hüseynov özünü metronun “Azadlıq” stansiyasının yaxınlığındakı “Muğanbank”ın qarşısında yandıraraq intihara cəhd edib. O, “Muğanbank”a avtomobil krediti borcu olduğunu bildirib.

Respublika Yanıq Mərkəzinin müdiri Şöhrət Məmmədov Modern.az saytına növbəti açıqlamasında Malik Hüseynov barədə heç də ümidli danışmayıb:

“Vəziyyəti çox ağırdır. Nə isə demək üçün çox tezdir. Xəstənin tənəffüs yolları yanıb. Gözləmək lazımdır. Hazırda reanimasiyadadır, anlaqlıdır”.

Malik Hüseynov xəstəxanaya daxil olarkən həkimə kredit borcuna görə özünü yandırdığını deyib.

O bildirib ki, qalan borcu 6 min olmasına baxmayaraq bank ondan 15 min manat tələb edib. Krediti gecikdirdiyinə görə avtomobili də əlindən alıb.

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi