Modern.az

“Muğanbank”dan AÇIQLAMA: “Özünü yandıran şəxs bankımızın müştərisi deyil”

“Muğanbank”dan AÇIQLAMA: “Özünü yandıran şəxs bankımızın müştərisi deyil”

24 Noyabr 2015, 11:53


Kütləvi informasiya vasitələrində 23.11.2015 – ci il tarixdə “Muğanbank”ASC-nin Binəqədi filialının qarşısında Hüseynov Malik Abbas oğlu adlı şəxsin özünü yandırması ilə bağlı  məlumat gedib. Məlumatda Hüseynov Malik Abbas oğlu adlı şəxsin bankdan pul götürərək avtomobil aldığı, pulu ödəyə bilmədiyi və avtomobilin bankın təqdimatı ilə polis tərəfindən müsadirə olunduğu bildirilir.

“Muğanbank”ASC bununla bağlı açıqlama yayıb. 

"Nəzərinizə çatdırmaq istəyirik  ki, nəinki Binəqədi filialında, ümumiyyətlə “Muğanbank” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP –yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb". 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi