Bu saatlarda V çağırış Azərbaycan Milli Məclisinin ilk iclası başlayıb. Modern.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Qeyd edək ki, seçkilərin nəticəsində 125 deputat yerindən 124-də millət vəkili elan olunub.
Bugünkü iclasda parlamentin yeni sədri ilə yanaşı, sədr müavinləri, komitə sədrləri də seçiləcək.
Yeni parlamenin ilk iclasına Milli Məclisin qocaman deputatı Fəttah Heydərov sədrlik edir. İclas Azərbaycan himninin oxunması ilə açılıb.
Ölkə başçısı İlham Əliyevin iclasda nitq söyləyəcəyi gözlənilir...
***
İclasa sədrlik edən Fəttah Heydərov bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir.
Sonra F.Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.
***
Fəttah Heydərov beşinci çağırış Milli Məclisin ilk iclasında çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verib.
Dövlət başçısı beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söyləyib.
İclas davam edir...
Modern.az