Modern.az

Türkiyənin vurduğu təyyarə Rusiyanındır

Türkiyənin vurduğu təyyarə Rusiyanındır

Təhsil

24 Noyabr 2015, 13:04


Rusiya Müdafiə Nazirliyi Suriyanın Türkiyə ilə sərhəd bölgəsində vurulan hərbi təyyarənin Rusiyaya məxsus olduğu barədə xəbər yayıb.

Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu gün Suriya ərazisində, ehtimal edilir ki, yerdən açılan atəşlə Rusiyanın Suriyadakı aviasiya qrupuna aid Su-24 təyyarəsi vurulub.  

Təyyarə vurulan zaman yerdən 6 min metr yüksəklikdə olub. Pilotların taleyi dəqiqləşdirilir. İlkin məlumata görə, pilotlar paraşütlə tullanaraq xilas olublar.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi