Modern.az

Milli Məclisdə 4 yeni komitə yaradıldı

Milli Məclisdə 4 yeni komitə yaradıldı

24 Noyabr 2015, 14:09

Beşinci çağırış Milli Məclis bu gün ilk iclasına toplaşıb. Modern.az saytı Oqtay Əsədovun yenidən Milli Məclis sədri seçildiyi barədə artıq xəbər verib.

Beşinci çağırış Milli Məclisin ilk iclasında parlamentin 4 yeni komitəsi yaradılıb:

Səhiyyə; Ailə, qadın, uşaq məsələləri; Gənclər və idman; İctimai birliklər və dini qurumlar.

Qeyd edək ki, indiyədək Milli Məclisdə aşağıdakı 11 komitəsi fəaliyyət göstərirdi :

Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi

Təhlükəsizlik və Müdafiə Komitəsi

İqtisadi Siyasət Komitəsi

Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitəsi

Aqrar Siyasət Komitəsi

Sosial Siyasət Komitəsi

Regional Məsələlər Komitəsi

Elm və Təhsil Komitəsi

Mədəniyyət Komitəsi

Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi

İnsan Hüquqları Komitəsi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi