Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin təyyarənin F-16-larla vurulduğunu bəyan edib.
Onun sözlərinə görə halbuki, Su-24 Türkiyə üçün təhdid deyildi:
“Su-24 Türkiyə üçün təhdid deyildi. O, Suriyada “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı əməliyyat keçirirdi”.
Kreml başçısı bəyan edib ki, Rusiyaya məxsus təyyarənin vurulması terrorizmlə adi mübarizənin çərçivəsindən kənara çıxır. O, həmçinin Türkiyəni İŞİD-ə dəstək göstərməkdə də ittiham edib.
“Bu, terrorçularla əlbir olanların Rusiyanın kürəyinə vurduğu zərbədir. Bu hadisə Rusiya-Türkiyə əlaqələrinə ciddi təsir edəcək".
Rusiya belə cinayətlərin olmasına dözməyəcək. Rusiya terrorçuların Suriyada tutduğu ərazilərdən Türkiyəyə neft daşınmasını müəyyən edib”.
Aqşin Kərimov