Modern.az

Avtomobil məcburi köçkünün həyatına son qoydu

 Avtomobil məcburi köçkünün həyatına son qoydu

25 Noyabr 2015, 23:33

 

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytının APA-ya istinadən məlumatına görə, sahibi məlum olmayan avtomobil tərəfindən vurulan 45 yaşlı qadın hadisə yerində keçinib.  

Atlıxanova Sevgili Bayram qızı işğal altında olan rayonlardan birindən məcburi köçkündür. Onun ailəsi Bərdə Uşaq Xəstəxanasının həyətində məskunlaşıb.

S. Atlıxanovanın meyiti Tibbi Ekspertizanın həkimləri tərəfindən müayinə olunur.  

Bərdə rayon Polis şöbəsi və Bərdə rayon prokurorluğu hadisənin təfərrüatlarını araşdırır.

 

Modern.az

     
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi