Rusiya prezidenti Vladimir Putinlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın görüşünün baş tuta biləcəyinə dair informasiya yayılıb.
Modern.az “Yeni Şafak”-a istinadən xəbər verir ki, prezidentlər Parisdə keçiriləcək İqlim Dəyişikliyi sammiti çərçivəsində bir araya gələ bilərlər.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəddə, Hatay bölgəsində Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurmasından sonra iki ölkə arasında siyasi gərginlik yaranıb.
Putin bu addımı Türkiyənin Rusiyaya arxadan vurduğu zərbə kimi dəyərləndirib. Ərdoğan isə bəyan edib ki, Türkiyənin öz sərhədlərini qorumaq hüququ var.
Aqşin Kərimov