Modern.az

Nardaranda atışma oldu, ölənlər var - Hacı Taleh Bağırzadə həbs edildi - YENİLƏNİB+VİDEO

Nardaranda atışma oldu, ölənlər var - Hacı Taleh Bağırzadə həbs edildi - YENİLƏNİB+VİDEO

Təhsil

26 Noyabr 2015, 14:29


Modern.az saytı xəbər verir ki, noyabrın 26-da Nardaranda atışma olub. İnsidentin Nardaranda "Rəhimə xanım" ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirlir. İki nəfərin həlak olduğu, bir neçə nəfərin yaralandığı haqda məlumatlar var. “Müsəlman birliyi hərəkatı” adlanan təşkilatın sədri hacı Taleh Bağırzadənin saxlandığı deyilir.

Nardaran ağasaqqalı Hacı Natiq Kərimov "Azadlıq" radiosuna hadisənin baş verdiyini təsdiqləyib. Amma dəqiq məlumatı olmadığını bildirib:

"İndi mən özüm Bakıdayam. Elə xəbəri telefonla mənə bildirdirlər. Dəqiq bilmirəm nə və nə üçün baş verib".

3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov virtualaz.org saytına bildirib ki, Nardarandan xəstəxanaya 3 yaralı daxil olub.

Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da, yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.

***

Bu gün Nardarandakı “Rəhimə xanım” ziyarətgahının yaxınlığında namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Sabunçu rayon Polis İdarəsindən Modern.az saytına faktı təsdiq ediblər.

Bildirilib ki, əməliyyata səbəb Hacı Taleh Bağırzadənin uzun müddət ərazidə gizlənməsi olub: “Polis onu axtarırdı, yeri müəyyən olunduğundan belə bir əməliyyatla ələ keçirildi”.

İdarədən ölən və yaralananlar barədə dəqiq informasiya verilməyib.

***

Hələlik təsdiqlənməmiş məlumatlara görə, Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı 4 nəfər həlak olub. Onlar arasında polis əməkdaşlarının da olduğu bildirilir...

***

Atışma zamanı 3 polis və 2 dindarın öldürüldüyü deyilir, bir neçə nəfərin ağır yaralandığı bildilir. “Müsəlman birliyi hərəkatı” adlanan təşkilatın sədri hacı Taleh Bağırzadənin və hacı Zülfüqarın həbs olunduğu deyilir.


Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?