Bərdə rayonunda həmkəndlilər biri-birilərini bıçaqlayıb. Modern.az saytının Report-a istinadən məlumatına görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb. 28 yaşlı kənd sakini Emin Gözəlov həmkəndlisi 26 yaşlı Etimad Nəsirovla mübahisə edib.
Kafedə yeyib-içən həmkəndlilər sonda biri-birilərinə çoxsaylı bıçaq xəsarətləri yetiriblər.
Hər iki gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. Faktla bağlı Bərdə Rayon Polis İdarəsində araşdırma aparılır.
Modern.az