Türkiyə Ankara və Moskva arasında son günlərdə baş verən hadisələr səbəbi ilə vətəndaşlarından Rusiyaya təcili və önəmli olmayan səyahətlərini təxirə salmağı tövsiyyə edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Qeyd edək ki, Türkiyə sərhədində Rusiyaya aid hərbi təyyarə vurulduqdan sonra iki ölkə arasında münasibətlər gərginləşib.
Aytən ZƏHRA