Diyarbakır vilayətinin Sur rayonu ərazisində vilayətin Vəkillər Kollegiyasının sədri Tahir Elçi öldürülüb.
Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Tahir Elçi mətbuat nümayəndələrinin suallarını cavablandırdığı zaman terroristlərin silahlı hücumuna məruz qalıb.Məlumata görə başından vurulan Vəkillər Kollegiyasının sədri xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı bir polis əməkdaşının da öldüyü bildirilir.
Modern.az