Modern.az

Milli Məclisin növbəti iclasında komitələrin tərkibi formalaşdırılacaq

Milli Məclisin növbəti iclasında komitələrin tərkibi formalaşdırılacaq

30 Noyabr 2015, 10:19


Sabah Milli Məclisin növbəti iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğu Modern.az-a açıqlamasında bildirib ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib və əksəriyyəti əksəriyyəti təşkilatı işlərdir.  

“Komitə və komissiyaların tərkibinin müəyyənləşdirilməsi, İntizam komissiyasının təşkili, Hesablayıcı komissiyanın tərkibində dəyişiklərin edilməsi, komitə sədr müavinlərinin seçilməsi, 15 komitənin tərkibinin formalaşması əsas müzakirə ediləcək məsələlər olacaq.

Eyni zamanda, “Milli Məclis yanında Toponimya komissiyasının tərkibi haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq”.  

Aytən ZƏHRA

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi