Modern.az

Bakıda yeni avtobuslar xəttə buraxıldı

Bakıda yeni avtobuslar xəttə buraxıldı

30 Noyabr 2015, 15:08


Hava limanına ekspress avtobuslar xəttə buraxılacaq. Modern.az xəbər verir ki, bu gündən “BakuBus” MMC "28 May" metrosu ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında ekspress avtobuslarını xəttə buraxıb.

Avtobuslar 1 saat intervalla 28 may və Hava limanından işləyəcək. Bu avtobuslarda gediş haqqı isə 1 manat 30 qəpikdir və “Bakıkart”la ödəniləcək.

Bu marşrutda sərnişinlərin ayaq üstə getməsinə icazə verilməyəcək. Ekspress avtobuslarında həmçinin Azərbaycanın 60, 70 və 80-ci illlərin bəstəkar mahnıları səsləndiriləcək.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi