Rusiya prezidenti Vladimir Putin Parisdə işə başlayan İqlim dəyişiklikləri üzrə konfrans çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşməyəcək.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.
“Ərdoğanla görüş planlaşdırılmır, bu haqda söhbət belə gedə bilməz”.Peskov Putinlə Ərdoğanın telefon danışığını da istisna edib.
“Hələ ki, prezidentin qrafikində konkret kontakt nəzərə tutulmayıb”.
İki prezidentin görüşü ilə bağlı “Reuters” agentliyi məlumat yaymışdı. Sonradan Türkiyə prezidenti də Parisdə belə bir görüşün olması üçün müraciət etdiyini demişdi.
Noyabrın 24-də Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulmasından sonra Ankara ilə Moskva arasında gərginlik başlayıb. Tərəflər hətta prezidentlər səviyyəsində belə bir-birini ittiham edən bəyanatlar veriblər.
Vüqar İsmayılov