Modern.az

Dünya liderləri Parisdə toplaşdı

Dünya liderləri Parisdə toplaşdı

30 Noyabr 2015, 15:38

 

Fransa paytaxtı Parisdə BMT-nin iqlimlə bağlı təşkil olunan illik konfransı öz işinə başlayıb

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 147 dövlət və hökumət başçısının qatıldığı sammitdə ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Ukrayna prezidenti Pyotr Poroşenko, Cənubi Afrika Respuyblikasının prezidenti Ceykob Zuma, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas və s. təşrif buyurub.  

İqlim dəyişikliyi ilə bağlı sammit Paris terrorunda ölənlərin xatirəsinə 1 dəqiqəlik sükutla başlayıb. Sonra tribunaya BMT baş katibi Pan Gi Mun və Fransa prezidenti Fransua Olland qalxıblar. Olland qlobal iqlim dəyişikliyini terrorizmlə yanaşı bəşəriyyətin 2 böyük bəlasından biri adlandırıb.  

Dekabrın 11-nə qədər davam edəcək sammitdə atmosferə atılan zəhərli qazların azaldılması üçün Kioto protokolunu əvəzləyəcək yeni sazişin hazırlanması müzakirə olunacaq.     

Vüqar İsmayılov  

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi