Parisdə iqlim dəyişikliyi ilə bağlı keçirilən sammit çərçivəsində görüşən Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama Su-24 bombardmançı təyyarəsinin vurulmasını müzakirə ediblər.
Modern.az saytı TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
O qeyd edib ki, prezidentlər hadisə ilə bağlı təəssüfləndiklərini bildiriblər.
Peskov vurğulayıb ki, Putin və Obama Suriya və Ukrayna böhranını da müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə hava sərhədlərinə daxil olan Su-24 təyyarəsini vurandan sonra Ankara ilə Kreml arasında siyasi gərginlik yaranıb.
Aqşin Kərimov