Modern.az

Daxili İşlər Nazirliyindən xəbərdarlıq - Rüsum artırılıb

 Daxili İşlər Nazirliyindən xəbərdarlıq  - Rüsum artırılıb

30 Noyabr 2015, 20:03


Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, bu il dekabrın 1-dən "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa yeni dəyişiklik qüvvəyə minəcək. Dəyişliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat rüsum ödəniləcək. Vətəndaşlarına şəxsiyyət vəsiqəsi 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir.  

 Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?