Nardaranda silahlı qarşıdurmada ölənlərin ailə üzvləri Sabubçu Rayon Polis İdarəsinə çağırılıb. Kənd sakinlərinin Modern.az saytına verdiyi məlumata görə, polis idarəsində aparılan danışıqdan sonra meyitlərin ailələrinə veriləcəyi gözlənilir. Hələlik dünyasını dəyişən şəxslərdən yalnız Əkbər Babayevin ailəsi çağırışa müsbət cavab verib. Qeyd edək ki, noyabrın 26-da baş verən silahlı qarşıdurmada 2-si polis olmaqla, 7 şəxs vəfat edib.
Modern.az