Modern.az

Ədliyyə naziri korrupsiyaya şərait yaradan pozuntulardan danışdı

  Ədliyyə naziri korrupsiyaya şərait yaradan pozuntulardan danışdı

30 Noyabr 2015, 21:05

 

Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə Şəki Məhkəmə Kompleksində regional müşavirə keçirilib. Modern.az saytı xəbər verir ki, tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvləri, Ali Məhkəmənin, Şəki, Şirvan və Gəncə apellyasiya və onların yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri, hakim assosiasiyalarının rəhbərləri, ədliyyə işçiləri, vəkillər, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.

Müşavirədə Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov geniş məruzə ilə çıxış edərək məhkəmə-hüquq islahatının mütərəqqi nəticələrini qeyd edib.

Nazir məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət başçısının tapşırıqlarını diqqətə çatdıraraq, mövcud problem və nöqsanların, xüsusilə korrupsiyaya şərait yaradan pozuntuların, süründürməçiliyin qətiyyətlə aradan qaldırılması, qeyri-etik davranış və digər neqativ halların yolverilməzliyini bildirib, fəaliyyətin ölkə rəhbərinin tələbləri səviyyəsində qurulmasının zəruriliyini qeyd edib.   Həmçinin, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasının, şəffaflığın və aşkarlığın genişləndirilməsinin, müasir İKT-lərin və elektron məhkəmənin tətbiqinin əhəmiyyəti bildirilib. İclasda ayrı-ayrı hakimlərin nöqsan və çatışmazlıqları diqqətə çatdırılaraq belə halların qətiyyətlə aradan qaldırılmasının vacibliyi,  habelə işində dönüş yarada bilməyən hakimlərin fəaliyyəti qiymətləndirilməklə prinsipial tədbirlərin görüləcəyi vurğulanıb. 

Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasınin, şəffaflığın artırılmasının, məhkəmə təcrübəsinə dönmədən əməl olunmasının vacibliyini qeyd edib, məhkəmələrin fəaliyyətində yol verilən xarakterik nöqsanlara və həmçinin, korrupsiyaya şərait yaradan hallara toxunub.  

Müşavirədə hakimlər, vəkillər və QHT nümayəndələri çıxış ediblər. Çıxışlarda texnoloji yeniliklərin tətbiqinin ədalət mühakiməsinin səmərəliliyilinin artırılmasında mühüm rolu qeyd olunub, qanunvericiliyin təkmilləşdirilməsi, şəffaflığın daha da artırılması, ictimai iştirakçılığın genişləndirilməsi, mövcud nöqsanların aradan qaldırılması və s. barədə təkliflər irəli sürülüb.  

Sonra tədbir öz işini "Məhkəmə təcrübəsi və elektron məhkəmənin tətbiqi məsələləri" mövzusunda seminarla davam edib. Tədbirdən sonra iştirakçılar Şəki Məhkəmə Kompleksində yaradılmış yüksək şərait və elektron idarəetmə sistemləri, habelə TÜRKSOY tərəfindən "2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Şəkinin mədəni-tarixi abidələri ilə tanış olublar.  

Modern.az

   
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi