Modern.az

İlhamə Quliyevanın səhhətindən yeni xəbər

 İlhamə Quliyevanın səhhətindən yeni xəbər

30 Noyabr 2015, 22:13

 

Azərbaycanın Xalq artisi İlhamə Quliyeva həftə sonu xəstəxanadan evə buraxılacaq. Modern.az xəbər verir ki, Xalq artistinin xalası oğlu Vüqar Anspress-ə onun sağlamlığı haqqında danışıb. Onun sözlərinə görə, İlhamə Quliyevanın vəziyyəti əladır və 2-3 günə xəstəxanadan çıxacaq.

Xatırladaq ki, İlhamə Quliyeva noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.  

Xalq artisti bir müddət bundan əvvəl ürəyindən əməliyyat olunub. Bu əməliyyatdan sonra damarlarında problem yaranıb. Bununla əlaqədər olaraq, o, Türkiyədə ayağından ikinci dəfə əməliyyat masasına uzanmalı olub.  

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi