Modern.az

"Azərbaycanda hər kəsin dini seçimlərinə hörmətlə yanaşılır"

"Azərbaycanda hər kəsin dini seçimlərinə hörmətlə yanaşılır"

1 Dekabr 2015, 13:00


“Azərbaycanda həm məscidlər, həm də kilsələr bərabər şəkildə fəaliyyət göstərir”. Modern.az xəbər verir ki, bu sözləri açıqlamasında millət vəkili, MDHP sədri Fərəc Quliyev deyib.

O bildirib ki, Azərbaycan tolerant dövlətdir və bu həqiqətin şərhə ehtiyacı yoxdur, bu fakt birmənalı olaraq qəbul edilməlidir: “Avropadan Azərbaycana üz tutmuş istənilən şəxs bunu təsdiqləyə bilər. Hər kəs Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin dəyişməz olduğunu bilir.

Azərbaycanda heç bir şəxsə dini əqidə baxımdan məhdudiyyət qoyulmur. Burada həm məscidlər, həm də kilsələr bərabər şəkildə fəaliyyət göstərir. Hətta dini məbədlərin tikilməsinə dövlət tərəfindən dəstək və qayğı göstərilir”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda bu məsələ ilə bağlı kimdənsə fikir soruşmağa ehtiyac qalmır, çünki burada hər kəsin dini seçimlərinə hörmətlə yanaşılır: “Bu baxımdan Avropa ölkələri Azərbaycanı nümunə dövlət kimi bütün dünyaya təqdim etməlidirlər. Çünki Azərbaycanda hər kəsin dini seçimlərinə hörmətlə yanaşılır”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi