Modern.az

Azərbaycana iki mindən çox yük vaqonu gətirilib

Azərbaycana iki mindən çox yük vaqonu gətirilib

Təhsil

2 Dekabr 2015, 09:55



Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.

Bu məqsədlə 2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Rusiyanın F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşündə 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Modern.az saytına verdiyi məlumata görə, bu günə kimi Azərbaycana 2255 yük vaqonu gətirilib:

“Bunun 301-i qapalı, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 450-si isə çən, 204-ü taxıl daşıyan, 100-ü xopper vaqonudur”.

 “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yeni vaqonların ilk qrupu bu il aprelin 25-də gətirilib.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi