Modern.az

Qarabağ komitəsi - “Lazımsız olduğunu düşünənlər özləri lazımsızdırlar”

Qarabağ komitəsi - “Lazımsız olduğunu düşünənlər özləri lazımsızdırlar”

2 Dekabr 2015, 11:04

V çağırış Milli Məclis bir neçə yeniliklə işə başladı. Parlamentin komitələrinin sayının artırılaraq 15-ə çatdırılması da bu sıradadır.

Parlamentdə 4 yeni komitə yaradılsa da, bunlardan heç biri Qarabağla bağlı olmadı.

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Qarabağla bağlı məsələ Milli Məclisdə 10-15 il bundan əvvəldən müzakirə olunmalı idi.

“ Qarabağla bağlı qurumun olması təbii ki, aktual məsələlərdən biridir. Vacib məsələdir və yalnız Qarabağdan təmsil olunan millət vəkilləri deyil, o cümlədən, Milli Məclisdə təmsil olunan ən yüksək səviyyəli hüquqşünaslar, politoloqlar, ictimai xadimlər, elm adamları və digərləri həmin komitədə təmsil olunmalıdır.
Hər bir kəs regionda baş verən və mövcud problemin həlli ilə bağlı hansı işlər görə bilərik, məsələni necə həll etmək olar kimi məsələlər ətrafında düşünməlidir.
Bir neçə dəfə Milli Məclisdə Qarabağla bağlı komitənin yaradılması ilə bağlı təklif səsləndirilib”. 

Deputat qeyd edib ki, yalnız Azərbaycanda deyil, dünyanın hər yerində Qarabağla bağlı azərbaycanlılar ciddi işlər aparmalıdırlar.

“Qarabağla bağlı nə qədər çox danışsaq, yazsaq, öyrənsək, təbliğ etsək, bu, bizim problemin həllinə töhfəmizdir və müsbət də qarşılanmalıdır.
Kim bu məsələnin lazımsız olduğunu düşünürsə, həmin insanların özü bu cəmiyyət üçün lazımsızdır”. 

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi