Modern.az

“Əl-Qaidə” Yəməndə 2 şəhəri ələ keçirdi

“Əl-Qaidə” Yəməndə 2 şəhəri ələ keçirdi

2 Dekabr 2015, 11:12

“Əl-Qaidə” qruplaşması Yəmənin cənubundakı 2 iri şəhərə hücum edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Abyan vilayətinin Caan və Zincibar şəhərləri teror qruplaşmasının nəzarətinə keçib. Hər iki şəhərdə 50 mindən artıq insanın yaşadığı bildirilir.

Məlumata görə, terrorçular şəhəri yerli müdafiəçilərin əlindən alaraq burada öz hakimiyyətlərini elan ediblər.

Yəməndə mart ayından başlayaraq şiə təriqətinə mənsub hüsi tayfası ilə “Əl Qaidə” və mərkəzi hakimiyyət arasında vətəndaş müharibəsi gedir. Münaqişədə ərəb ölkələrindən göndərilən xarici kontingent də iştirak edir.

Vüqar İsnayılov

    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi