Milli Məclisdə "Dini ekstemizmə qarşı mübarizə haqqında" qanun layihəsi müzakirə edilib.
“Azərbaycanda dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin sağlamlığına ziyan vurulmasına yol veriləcək”
Modern.az saytının məlumayına görə, bunu parlamentin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Sıyavuş Novruzov Hüquq siyasəti və dövlət quruculuğu ilə birgə keçirilən iclasda bildirib.
Layihəyə görə, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına və bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatlatın müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.
Dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki Məcəllə ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslər ləğv edilir və onların fəaliyyəti qadağan edilir.
Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, dağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştiatk edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.
Aytən Zəhra