İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə bilər.
Modern.az xəbər verir ki, bu məsələ "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklərin edilməsi yeni layihədə nəzərdə tutulub.
Layihəyə görə, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağan edilir.
İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributlatın (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi də qadağan olunur. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.
Aytən Zəhra