Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

2 Dekabr 2015, 14:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.  

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, günün birinci yarısında 10 dərəcəyədək, günün ikinci yarısında 6 dərəcəyədək isti olacaq.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət  75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Dekabrın 3-4-də
Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyinin əsməsi və temperaturun ötən günlərlə müqayisədə xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?