Modern.az

Azərbaycanda prorektorun oğlunu maşın vurub, uşaq 7 gündür komadadır

Azərbaycanda prorektorun oğlunu maşın vurub, uşaq 7 gündür komadadır

3 Dekabr 2015, 10:43


Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanovun oğlunu maşın vurub, uşaq  komaya düşüb.

Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı Eldar Aslanov Facebook səhifəsində yazıb.

Prorektor bildirib ki, oğlu Ərcan artıq 7gündür ki, komadadır.

“Dünən axşam Ərcanı ziyarət etdik, əvvəlki kimi yatır. Həkimlər səbrli olmagı, gözləməyi tövsiyə edir. Bu vəziyyət 3 həftəyədək davam edə bilər. Gördüklərim onun bizə dönəcəyinə inamımı daha da artırdı. Dualarınızı əsirgəməyin...”,-deyə Eldar Aslanov qeyd edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi