Milli Məclis yanında Toponimiya Komissiyasına sədr seşilib. Modern.az saytının məlumatına görə, bu, deputat İsa Həbbibəylidir.
Komissiyanın üzvü, deputat Fəzail İbrahimli Modern.az-a bildirib ki, dekabrın 1-də Milli Məclisin plenar iclasında sonra qurum üzvləri bir araya gələrək sədri seçiblər və yekdilliklə İsa Həbbibəylini dəstəkləyiblər.
Fəzail İbrahimli növbəti iclasın vaxtının məlum olmadığını bildirib.
“Milli Məclis yanında Toponimiya Komissiyasının iclasları yer adları ilə bağlı müraciətlər olduğu zaman keçirilir. Hələ ki, komissiyanın növbəti iclası üçün rəvac görülən məsələlər yoxdur”.
Qeyd edək ki, dekabrın 1-də Milli Məclisin iclasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova, deputatlar Nizami Cəfərov, İsa Həbibbəyli, Rafael Hüseynov, Fəzail İbrahimli, Musa Quliyev, Yaqub Mahmudov, Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, AMEA Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri Qara Məşədiyev, AMEA vitse-prezidenti, Tarix Institutunun direktoru Nailə Vəlixanlı Milli Məclis yanında Toponimiya komissiyasının üzvləri seçiliblər.
Aytən ZƏHRA