Ölkədə iqtisadi durum, prezidentin məmurlara özlərini təvazökar aparmalı olduqları barədə xəbərdarlıqları yavaş-yavaş özünü göstərir.
Gün.Az məlumatlı mənbəyə istinadən xəbər verir ki, yüksək çinli məmurlara xaricə səfər edərkən “biznes-klas”da uçmaq qadağası qoyulub. Bu məmurların təkcə ezamiyyətlə bağlı deyil, həmçinin istirahət üçün şəxsi səfərlərinə də aiddir. Yəni ki, məmurlar səfər üçün "biznes-klas" aviabiletini nəinki həmin qurumun büdcəsindən, heç öz maddi hesablarına da ala bilməzlər.
Xəbəri verən mənbə bildirib ki, komitə rəhbəri düşdüyü vəziyyətdən çox əsəbi olsa da, dövlət başçısının bu göstərişini qulaqardına vurmağa da ehtiyat edib. Elə həmin mənbənin sözlərinə görə, ümumiyyətlə Eldar Mahmudov və Əli Abbasovun işdən çıxarılmaları, Ziya Məmmədovun səlahiyyətlərinin kəskin şəkildə azaldılması digər yüksək çinli məmurlarda əməlli-başlı qorxu yaradıb və onlar prezidentin qəzəbinə tuş gəlməkdən çəkinərək, bir müddət təvazökar həyata üstünlük verməyə başlayıblar.
Modern.az