Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Türkiyə hakimiyyəti Rusiya hərbçisinin Suriyadakı ölümünə görə məsuliyyət daşıyır. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Rusiyanın dövlət başçısı bu açıqlamanı Federal Məclisə müraciətində verib.
“Biz meydan oxumağa hazırlaşmırıq, əgər kimsə düşünür ki, alçaq hərbi cinayət edib - bizim insanları öldürməsi pomidora, yaxud tikinti və digər sahədəki məhdudiyyətlərlə qurtaracaq, o böyük səhv edir”, - Putin deyib.
Rusiya prezidenti qeyd edib ki, Ankara alçaqcasına hərbi cinayət edib. O, Su-24 təyyarəsinin vurulmasını nəzərdə tutaraq belə deyib.
“Türkiyə xalqı bilməlidir ki, Rusiya onlarla bu ölkənin terrorçulara yardımçı olan hakimiyyətdəki yüksək vəzifəliləri eyniləşdirməyəcək”.
Su-24 təyyarəsinin vurulması ilə bağlı insidentdən danışan Putin bəyan edib ki, Türkiyə hakimiyyətinin niyə belə addım atdığını başa düşə bilmir: “Görünür ki, Allah Türkiyə rəhbərliyini cəzalandırmaq qərarına gəlib, onların ağıldan məhrum etməklə”.
Onun fikrincə, istənilən problemi və ziddiyyəti sülh yolu ilə, danışıqlarla həll etmək mümkün idi.