Modern.az

“Qarabağ dərsləri- yay məktəbi” təşkil olunub

“Qarabağ dərsləri- yay məktəbi” təşkil olunub

Təhsil

3 Dekabr 2015, 16:04

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Qarabağ dərsləri- yay məktəbi” layihəsini həyata keçirib.

Məcburi köçkün məktəblilərin asudə vaxtını səmərəli təşkil etməklə bərabər, Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımız, bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vandalizm hərəkətləri, məhv edilmiş tarix və mədəniyyət abidələrimiz və s. mövzularda maarifləndirici seminarların keçirilməsi layihənin əsas məqsədi olub.

Seminarlarda gprkəmli siyasi xadim Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan  sonra bütün sahələrlə bərabər Ermənistanın Azərbaycana silahlı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması, ölkəmizdə nizami ordunun yaradılması və s.  istiqamətində gördüyü məqsədyönlü fəaliyyəti haqqında seminar iştirakçılarına müfəssəl məlumatlar verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət, Azərbaycan ordusuna ayrılan vəsaitin ermənistanın dövlət büscəsini bir-neçə dəfə üstələməsi, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, ölkəmizdə həyata keçirilən mənqsədyönlü gənclər siyasəti və s. mövzularda ekspertlər tərəfindən geniş məruzələr edilib.
Respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində həyata keçirilən beynəlxalq layihələr, Leyla Əliyevanın gerçəkləşdirdiyi “Xocalıya adalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər haqqında layihə iştirakçıları müfəssəl məlumatlandırılıb.  
Eyni zamanda layihədə iştirak edən məktəblilər Goranboy rayonunun Ağcakənd qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbəyə ekskursiya çərçivəsində Xocalı abidəsini ziyarət ediblər. Həmyaşıdlarının, eyni məcburi köçkünlük həyatı yaşayan uşaqların təhsil aldıqları orta məktəblə tanış olublar.

10 gün davam edən düşərgədə layihə iştirakçıları arasında müxtəlif intellektual oyunlar, idman yarışları, diskussiyalar və s. təşkil edilib.

Gəncə şəhərində yerləşən Nizami Gəncəvinin və Cavad xanın Məqbərələrinə, Şah Abbas məscidinə, Xan bağına edilən ekskursiyalar isə layihə iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Layihənin sonunda müxtəlif orta məktəbləri təmsil edən məcburi köçkün məktəblilər layihə müddətində öyrəndiklərini, xoş təəssüratlarını öz həmyaşıdları ilə bölüşəcəklərini bildiriblər.






Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi