Ermənistanın ikinci prezidenti Robert Köçəryan Konstitusiya islahatları ilə bağlı referendumda iştirak etmək niyyətində deyil.
Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, eks-prezident Konstitusiya dəyişikliklərini ölkəsinin maraqları üçün mənasız hesab etdiyindən dekabrın 6-da səsverməyə getməyəcək. Bu haqda onun ofisinin rəhbəri Viktor Soqomonyan açıqlama verib.
O, keçmiş prezidentin hazırda Ermənistanda olduğunu da bildirib.
Modern.az