Ötən gecə Misirin paytaxtı Qahirədə gecə klublarının birində törədilən yanğın zamanı 18 nəfər həlak olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin əl-Aquza səmtində maskalı şəxslər yandırıcı maye dolu şüşələri gecə klubuna ataraq yanğın törədiblər. Məlumata görə bütün ötənlər klubun işçiləri olub.Hadisənin arxasında radikal dindarların durduğu ehtimal edilir.
Vüqar İsmayılov